AZ

Çində güclü yağış 30 nəfərin həyatına son qoyub

Çində

İlkin məlumatlara görə, Çində davam edən leysan yağışların səbəb olduğu daşqınlar və fəlakətlər nəticəsində 30 nəfər ölüb.

Xalqcebhesi.az xəbər verir ki, Çin Qlobal Televiziya Şəbəkəsinin (CGTN) məlumatına görə, güclü yağış paytaxt Pekində həyata mənfi təsir etməkdə davam edir.

Rəsmi məlumatlara görə, güclü yağışın səbəb olduğu daşqınlar və fəlakətlər nəticəsində Pekinin Miyun rayonunda 28, Yançeng rayonunda isə 2 nəfər ölüb.

Aramsız yağan leysan magistral yolları sıradan çıxarıb, bəzi ərazilərdə elektrik enerjisinin kəsilməsinə səbəb olub.

Şəhərdə daşqınlara qarşı mübarizə tədbirləri gücləndirilib. İtkin düşənlərin axtarış-xilasetmə işləri davam edir. Ərazilərə xilasedici qruplar və təbii fəlakətdən xilasetmə ləvazimatları göndərilib.

İndiyədək 80 332 nəfər təxliyə edilib.

Məryəm Quliyeva

Seçilən
26
1
xalqcebhesi.az

2Mənbələr