
Son günlər Bakıda suyun normal verilməməsindən sabiq deputat Etibar Əliyev də şikayətlənib.
Bununla bağlı o, sosial şəbəkə hesabında paylaşım edib.
“Nəvəmi çimizdirmək istəyirik. Düşürəm su daşımağa. Nəvəm babasına kömək edir: Balaca vedrəsini götürüb və qapıda hazır vəziyyətdə dayanıb”, - deyə eks-millət vəkili yazıb.
Həmin paylaşımı ilə bağlı Etibar Əliyevlə əlaqə saxladıq. O, açıqlamasında qeyd etdi ki, yaşadığı Suraxanı rayonu Qaraçuxur qəsəbəsində sakinlər 14 gündür ki, su problemi yaşayırlar.