AZ

Rusiyada konsert verməkdən imtina etdi

Amerikalı müğənni Cennifer Lopez Rusiyada konsert verməkdən imtina edib.

"Cebheinfo.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə “Mash” teleqram kanalı məlumat yayıb.

Xəbərdə müğənninin avqustda Moskvada konsert verməyi planlaşdırdığı, lakin 3 ay əvvəl razılaşsa da, bu günlərdə fikrindən daşındığı qeyd edilib.

Dünyaşöhrətli müğənninin Moskvadakı konserti ilə bağlı ilkin müqavilə imzalandığı, hətta 1 milyon dollar qonorar təyin edildiyi də bildirilir.

Onun bu qərarı verməsinə səbəb kimi ölkədə hərbi əməliyyatların davam etməsi və bunun Lopezin imicinə xələl gətirəcəyi göstərilib.

"Cebheinfo.az" 

Seçilən
15
8
cebheinfo.az

9Mənbələr