AZ

İrəvan-Moskva təyyarəsi Mahaçqalaya məcburi ENİŞ ETDİ

“FlyOne Armenia” aviaşirkətinə məxsus təyyarə sərnişinin səhhətinin pisləşməsi ilə əlaqədar Mahaçqalaya məcburi eniş edib.

İnterpress.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

“İrəvan-Moskva (Domodedovo) marşrutu üzrə “FlyOne Armenia” aviaşirkətinə məxsus 3F315 reysini həyata keçirən təyyarə Mahaçqala hava limanında məcburi eniş edib.

Səbəb təyyarədə olan sərnişinlərdən birinin səhhətinin kəskin şəkildə pisləşməsi olub”, – daşıyıcının mətbuat xidməti bildirib.

Şirkətdən verilən məlumata görə, ekipaj vəziyyətə operativ reaksiya verib və sərnişinə vaxtında tibbi yardım göstərmək üçün uçuş marşrutunu dəyişmək qərarına gəlib.

Təyyarə enişdən dərhal sonra təcili yardım briqadası gəlib. Sərnişin təcili əməliyyat olunmaq üçün yerli xəstəxanaya çatdırılıb.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
43
1
interpress.az

2Mənbələr