AZ

Bakı-Ələt-Qazax yolunda sürət həddi endirilir

Sabahdan yol hərəkətinin təhlükəsizlik səviyyəsinin artırılması məqsədilə Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun Lökbatan dairəsindən başlayaraq Ələt qəsəbəsində yerləşən “Azpetrol” YDM-ə kimi olan 50 kilometrlik sahəsində hərəkətin maksimum sürət həddi 110 km/saat-dan 90 km/saat-a endiriləcək.

Bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) yayıb.

Məlumata görə, sözügedən avtomobil yolunun üzərində eynisəviyyəli nizamlanmayan piyada keçidlərinin yerləşdiyi ərazilərdə maksimum hərəkət sürətinin 70 km/saat həddinə endirilməsi nəzərdə tutulur: "Hazırda qeyd olunan yol sahəsində müvafiq yol nişanlarının quraşdırılması işləri aparılır. Hərəkət təhlükəsizliyini qorumaq üçün sürücülərdən sürət hədlərinə riayət etmələri xahiş olunur".

Seçilən
40
49
marja.az

10Mənbələr