
Rusiya ordusunun Xarkov vilayətinin Novoplatonovka kəndini atəşə tutması nəticəsində 5 nəfər ölüb, 3 nəfər yaralanıb.
Yeniavaz.com UNIAN-a istinadla xəbər verir ki, bu barədə Ukrayna Milli Polisi “Telegram” kanalında məlumat yayıb.
Məlumata görə, hücum iyulun 29-da yerli vaxtla saat 10:38 radələrində baş verib.
İlkin ehtimallara görə, hücumda reaktiv yaylım atəşi sistemindən istifadə olunub.
Hadisə yerinə əməliyyat-istintaq qrupu, partlayıcı qurğular üzrə ekspertlər və məhkəmə-tibb ekspertləri gəlib.