GƏNCƏ, 29 iyul. TELEQRAF
Gəncədə yeniyetmə qız bədbəxt hadisə nəticəsində ağır xəsarətlər alıb.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə 4-cü şəhər ərazisində qeydə alınıb.
2008-ci il təvəllüdlü Aysu Paşayeva binanın 4-cü mərtəbəsindən düşüb.
O, xəstəxanaya aparılıb. Vəziyyəti ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma başlanılıb.