AZ

Sosioloq: “Ailələrdə “ayıb olar” prinsipi gənclərdə çarəsizlik formalaşdırıb”

Son günlərin aktual mövzularından biri sayılan Ağdaşda 23 yaşlı oğlanın toyuna sayılı günlər qalmış canına qıymasıdır ki, hadisə həm cəmiyyətdə, həm də sosial media seqmentində geniş müzakirəyə yol açıb.

Sosioloq, ailə və gənclərlə iş üzrə ekspert Aytac Hüseynli Demokrat.az-a açıqlamasında deyib ki, bu hadisə tək bir fərdin yox, bütöv bir sistemin ailələrin, ictimai münasibətlərin göstəricisidir:

“Cəmiyyətimizdə evlilik təkcə iki gəncin birləşməsi deyil, çox zaman ailələrin və ictimai rəyin bir layihəsi kimi qəbul olunur. Gənclər evlilik ərəfəsində maddi və mənəvi olaraq bəzən böyük bir təzyiqə məruz qalırlar. 

Toya qədərki hazırlıqların ağırlığı, ailə gözləntiləri, “ayıb olar” prinsipi və sosial müqayisə halları gənc şəxsdə özünəqapanma, çarəsizlik və dəyərsizlik hissi formalaşdıra bilər. Toy artıq ailə qurmaq yox, “kim daha yaxşı təqdimat etdi” yarışına çevrilib. Gənclərin maddi imkanlarını aşan kreditlər, borclar və göstəriş naminə edilən xərclər psixoloji yükü bir az da artırır. 

Təəssüf ki, cəmiyyətimizdə psixoloji sağlamlıq hələ də ön planda deyil. Daxili narahatlıq yaşayan gənclər çox zaman dinlənilmir, hətta “kişi ağlamaz”, “güclü ol” kimi ifadələrlə duyğularını bastırmağa məcbur qalırlar. Bu cür sosial yanaşma emosiyaların sıxışdırılmasına və partlayış həddinə çatmasına səbəb olur”.


Leyla Turan
Demokrat.az
Seçilən
6
1
demokrat.az

2Mənbələr