AZ

"Bavariya"nın futbolçusu İsveçrə klubuna keçib

Almaniyanın "Bavariya" klubunun futbolçusu Lovro Zvonarek icarə əsasında İsveçrənin "Qrasshopper" klubuna keçib.

Moderator.az xəbər verir ki, bu barədə Münhen klubunun idman direktoru Kristof Froynd bildirib.

20 yaşlı yarımmüdafiəçinin İsveçrə klubu ilə icarə müqaviləsinin müddəti gələn ilin yayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, ötən mövsüm "Şturm" (Avstriya) komandasında çıxış edən L.Zvonarek 2022-ci ilin yayında Xorvatiyanın "Slaven Belupo" klubundan "Bavariya"ya keçib. O, "Bavariya"nın əvəzedicilərinin heyətində meydana çıxdığı 39 oyunda 12 qola və 7 məhsuldar ötürməyə imza atıb.

Seçilən
28
2
moderator.az

3Mənbələr