AZ

İranlı deputat: Paşinyan zəifdir, Zəngəzuru müdafiə edə bilmir

BAKI, 29 iyul. TELEQRAF

“Ayrı-ayrı məsələlərə görə münaqişə içində olan Fransa ilə Ermənistanla bağlı mövqeyimiz üst-üstə düşür”.

Teleqraf xəbər verir ki, bunu İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin üzvü İbrahim Rezayi deyib.

“Ermənistan bizim qonşumuz və strateji tərəfdaşımızdır. Hansı hökumətin hakimiyyətdə olmasından asılı olmayaraq, Ermənistanla həmişə yaxşı münasibətlərimiz olub. Bu gün də münasibətlərimiz çox yaxşıdır”, - deputat bildirib.

Rezayi Zəngəzur dəhlizinin açılmasının İranın maraqlarına uyğun olmadığını da qeyd edib.

Onun sözlərinə görə, Nikol Paşinyan hökumətinin bəzi zəif tərəfləri var:

“Ermənistan hakimiyyətinin müəyyən zəif tərəfləri var, biz keçmişdə onun həmin ərazini (Qərbi Zəngəzur) müdafiə etmək üçün kifayət qədər gücü olmadığını görmüşük. Ermənistanınla mövqeyimiz hələ də eynidir, dəyişməyib. Bir çox ölkələrin, hətta başqa yerlərdə münaqişələrimiz olan Fransa kimi Avropa dövlətlərinin də mövqeyi bizimlə eynidir”.

Seçilən
7
2
teleqraf.com

3Mənbələr