Türkiyə Aİ-yə üzvlük prosesinə sadiqliyini bir daha təsdiqləyərək, etibarlı və prinsipial genişlənmə siyasətinin təcili zərurətini, bütün namizəd ölkələrə ədalətli münasibəti, prosesin yalnız ləyaqət və obyektiv meyarlara əsaslandığını bəyan edir.
Azreform.info xəbər verir ki, bu, Türkiyənin xarici işlər naziri Hakan Fidanın Avropa İttifaqının genişlənmə üzrə komissarı Marta Kos ilə görüşündən sonra verdiyi birgə bəyanatda əksini tapıb.
Birgə bəyanatda Türkiyənin Aİ-yə üzvlüyə namizəd statusunun əhəmiyyətini və daha geniş regionda sabitlik və rifahın təmin edilməsində konstruktiv rolunu bir daha qeyd edilib.
Tərəflər eyni zamanda Aİ-nin Qara Dəniz Strategiyasına və Avropanı Mərkəzi Asiya ilə birləşdirən layihələrə xüsusi diqqət yetirməklə, əməkdaşlığın ümumi strateji baxışına əsaslanan ticarət, enerji, nəqliyyat və rəqəmsallaşma da daxil olmaqla, əlaqə sahəsində əsas məsələlər üzrə ümumi gündəliyi irəli sürmək barədə razılığa gəliblər .
Bəyanatda həmçinin Türkiyə vətəndaşlarına çoxdəfəlik vizaların verilməsini asanlaşdıran Komissiya Qərarının qəbulunu alqışlayaraq, hər iki tərəf Viza Liberallaşdırılması Dialoqunun əhəmiyyətini vurğulanıb.
Tərəflər Ukraynanın yenidən qurulması kontekstində həyati vacib infrastrukturun və xidmətlərin yenidən qurulmasını təmin etmək üçün birgə səyləri gücləndirmək və özəl sektorun iştirakını təşviq etmək öhdəliyi götürüblər.
Mürtəza