Rusiya ərazisində miqrantların taksi sürücüsü kimi işləməsinə qadağa qoyulması təklif edilib.
Publika.az "Abzats"a istinadən xəbər verir ki, bu təklifi Rusiya Dövlət Dumasının deputatı Mixail Matveyev irəli sürüb.
"İctimai nəqliyyatın, o cümlədən taksilərin işinə çox məsuliyyətlə yanaşmaq lazımdır. Belə qadağanın Rusiyanın bütün ərazisinə yayılmasına ehtiyac var. İlk növbədə, təhlükəsizlik üçün", - deyə deputat bildirib.
Matveyevin sözlərinə görə, qadağa Rusiya pasportu almış miqrantlara təsir etməyəcək: "Bundan başqa, Qırğızıstan, Qazaxıstan və Ermənistan vətəndaşları bu ölkələrlə Avrasiya İqtisadi İttifaqı haqqında müqavilə bağlandığı üçün taksi sürücüsü kimi işləyə biləcəklər".