AZ

Döngəyə sərt girən “Tofaş” sürücüsü dəhşətli qəzadan son anda yayındı VİDEO

Avtosfer portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Paytaxtın Suraxanı rayonu, Günəşli qəsəbəsində təhlükə yaradan sürücü avtomobilin videoregistratorna düşüb.

Avstosfer.az-ın məlumatına görə, hadisə iyulun 28-də saat 20:18 radələrində qeydə alınıb. Videodan göründüyü kimi, əks istiqamətli yolda hərəkətdə olan “Tofaş” markalı avtomobilin sürücüsü döngəyə sərt şəkildə daxil olub və anidən idarəetməni itirərək qarşı tərəfə keçib. Bu vaxt o, görüntünü qeydə alan sürücüyə çətin anlar yaşadıb. Xoşbəxtlikdən təhlükəylə üzləşən sürücü sağa manevr edərək qəzadan xilas olub.

Qeyd edək ki, hadisənin görüntüsü sosial şəbəkədə paylaşılıb. İddialara əsasən, qəza şəraiti yaradan sürücünün avtomobilinin dövlət nömrə nişanı 10-EY-662-dir. 

Nərmin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
32
avtosfer.az

1Mənbələr