Unikal.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Moskvanın Lefortovo Məhkəməsi dövlətə xəyanətlə bağlı cinayət işi üzrə Plexanov adına Rusiya İqtisadiyyat Universitetinin professoru Vadim Saltıkovskini həbs edib.
"Unikal" xəbər verir ki, bu barədə Moskva məhkəmələrinin saytında məlumat verilib.
İşin təfərrüatları məxfiləşdirilib. Artıq professorla bağlı məlumatların universitetin saytından silindiyi də bildirilir.
Vadim Saltıkovski Dünya İqtisadiyyatı kafedrasında professor vəzifəsində çalışıb. O, iqtisad elmləri doktorudur.
Ağarza Elçinoğlu
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.