AZ

Şuşa ziyalıları haqqında sosial çarxların hazırlanması” adlı layihənin icrası tamamlanıb

Cebheinfo portalından alınan məlumata görə, ain.az xəbər verir.

“Sağlam İnkişaf və Maarifləndirmə” İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Şuşa ziyalıları haqqında sosial çarxların hazırlanması” adlı növbəti layihəsini həyata keçirib.

"Cebheinfo.az" xəbər verir ki, təşkilatın sədri Anar Xəlilovun sözlərinə görə, layihənin əsas ideyasına uyğun olaraq Şuşanın görkəmli  şəxsiyyətlərindən olan şair, rəssam, astronom,  ədəbiyyatşünas,  nəqqaş, tarixçi, xəttat və musiqişünas  alim Mir Möhsün Nəvvab və İkinci Dünya müharibəsi iştirakçısı general mayor Yaqub Allahqulu oğlu Quliyev haqqında sənədli video çarxlar hazırlanmışdır.

Layihə çərçivəsində hazırlanan  video çarxlar əsasən sosial şəbəkələrdə və digər internet resurslarında geniş yayılaraq təbliğ olunacaqdır. Məqsəd görkəmli insanlarımızı gənc nəslin  və geniş ictimaiyyətin diqqətinə bir daha çatdırmaqdır.

"Cebheinfo.az"

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
0
5
cebheinfo.az

6Mənbələr