AZ

"Udduğum döyüşü mənə vermədilər" - Azərbaycanlı boksçudan AÇIQLAMA 

“Mənə qarşı böyük haqsızlıq oldu.”


Bu sözləri Offsideplus.az saytına açıqlamasında boks üzrə milli komandamızın üzvü Yusif Ağakişiyev (75 kq) deyib.


14 yaşlı idmançı Serbiyanın Zlatibor şəhərində keçirilən məktəblilər arasında Avropa çempionatında baş verən qalmaqala münasibət bildirib:


“Hadisə serbiyalı boksçu Viktor Maystroviçlə final qarşılaşmasında baş verdi. Udduğum döyüşü mənə vermədilər. Yerli boksçu olduğuna görə, xalımı kəsdilər. Halbuki dəqiq zərbə vurmuşdum. Orada da bizim milli komandanın məşqçisi Hamza müəllim dözmədi, rinqin içinə girib etiraz etdi.”


Ağakişiyev döyüşün satıldığını iddia edib:


“Hakim açıq-aşkar qərəz nümayiş etdirdi. Sonradan döyüş diskvalifikasiya olundu və nəticədə mənə gümüş medal verildi. Halbuki çempionluq mənim haqqım idi. Məlum məsələdir ki, danışılmış oyun getdi. Birinci raunddan sonra artıq bilindi ki, döyüş satılıb”.


Qeyd edək ki, Azərbaycan Boks Federasiyası bu gün yaydığı açıqlamada sözügedən görüşün baş hakimi Stefan Subalevski ilə arasında qalmaqal yaşanan texniki direktor Hamza Avezovla bağlı qaydalara uyğun addımların atılacağını bildirib.

Seçilən
6
2
referans.az

3Mənbələr