Polşanın baş naziri hökumət iclasına döyüş dronlarının hissələrini gətirdi.
Redaktor.az RİA Novosti-yə istinadən xəbər verir ki, Polşanın Baş naziri Donald Tusk hökumət iclasına döyüş dronlarının hissələrini gətirib.
Siyasətçi gətirilən sursatların təhlükəsiz olduğunu bildirib. Tuskun sözlərinə görə, o, bu hissələri Polşada belə məhsulların istehsalını təşviq etmək üçün nümunə olaraq təqdim edib.
“Bunu böyük məmnuniyyətlə gətirmişəm ki, nə ilə fəxr etməli olduğumuzu göstərim. Bu, istehsalın yenidən Polşaya qaytarılması baxımından yaxşı təsir göstərməlidir. Biz Polşa istehsalı haqqında danışırıq,” – deyə Tusk vurğulayıb.
Bundan əvvəl War Infographics portalı xəbər vermişdi ki, Polşa Rusiyayla mümkün qarşıdurmaya hazırlaşaraq müdafiə sahəsinə sərmayələri artırır. Qeyd olunur ki, 2022-ci ildən etibarən ölkənin müdafiə büdcəsi üç dəfə artıb. Portalın məlumatına görə, 2022-ci ilin əvvəlindən bəri Polşa 8 mindən çox raket, 2 minə yaxın artilleriya qurğusu və minlərlə digər hərbi texnika və silah sifariş verib.