AZ

Yeniyetmə qız 4-cü mərtəbədən yıxıldı

Gəncədə 17 yaşlı yeniyetmə qız 4-cü mərtəbədən yıxılıb.

"Cebheinfo.az" xəbər verir ki, "Unikal"ın məlumatına görə, 2008-ci il təvəllüdlü A.Paşayeva sözügedən ərazidə yerləşən binanın 4-cü mərtəbəsindən yerə düşüb.

Dərhal yeniyetmə qız xəstəxanaya aparılıb. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

"Cebheinfo.az" 

Seçilən
50
4
cebheinfo.az

10Mənbələr