AZ

"Əl-Nəsr" "Çelsi"nin hücumçusunu transfer etdi - RƏSMİ

"Çelsi"nin futbolçusu Joao Feliş karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.

Sportal.az xəbər verir ki, "Əl-Nəsr" portuqaliyalı hücumçunu transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Ərəblər Feliş üçün London klubuna 30 milyon avro təzminat ödəyib. 25  yaşlı forvardla 2027-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, Joao Feliş ötən mövsümün ikinci yarısında icarə əsasında "Milan"ın formasını geyinib. Portuqaliya millisinin üzvü A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 21 rəsmi matçda 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

saytlarin hazirlanmasi

Seçilən
5
1
sportal.az

2Mənbələr