Şəmkirdə açıq ərazidə baş verən yanğın söndürülüb.
Bu barədə APA-nın yerli bürosu xəbər verir.
***
15.18
Şəmkirdə yanğın hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Seyfəli kəndində qeydə alınıb. Kənd ərazisində açıq sahədə kol-kos yanır. Hadisə yerinə yanğınsöndürənlər cəlb edilib.
Yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.