AZ

Fransa hökuməti İsrailin cinayətlərində şəriklikdə ittiham olundu

ain.az bildirir, Turkstan.az portalına istinadən.

Fransalı hüquqşünaslar hökuməti və parlament üzvlərini Beynəlxalq Cinayət Məhkəməsinə veriblər

Turkustan.az xəbər verir ki, Fransada bir qrup hüquqşünas ölkə hökuməti və 19 parlament üzvünü İsrailin Qəzza və işğal olunmuş İordan çayının qərb sahilində törətdiyi "soyqırım, insanlığa qarşı cinayətlər və hərbi cinayətlərə şərik olmaqda" ittiham edərək Beynəlxalq Cinayət Məhkəməsinə (BCM) müraciət edib.

Yəhudi Fransız Sülh Birliyinin (UJFP) internet saytında yer alan məlumata görə, 100-dən çox hüquqşünasın üzv olduğu “Yaxın Şərqdə Ədalət Uğrunda Hüquqşünaslar Assosiasiyası” (AJPO) Fransa Prezidenti Emmanuel Makron, Baş nazir Fransua Bayru, Müdafiə naziri Sebastyen Lekornu və 19 parlament üzvünü İsrailin törətdiyi cinayətlərdə dolayı iştirakda ittiham edib.

AJPO açıqlamasında qeyd edib ki, "İsrail Dövlətinin işğal olunmuş Fələstin ərazilərində hərbi cinayətlər, insanlığa qarşı cinayətlər və soyqırım törətməsinə şərait yaratdığı və bu prosesə kömək etməyə davam etdiyi qənaətinə gəlmək üçün kifayət qədər əsas var." Bu səbəbdən assosiasiya adıçəkilən şəxslər haqqında araşdırma aparılması üçün Beynəlxalq Cinayət Məhkəməsinə rəsmi müraciət ünvanlayıb.

Aytən Yaşar/ Turkustan.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
20
1
icma.az

2Mənbələr