ain.az, Reyting.az portalına istinadən məlumat verir.
Almaniyanın şərqindəki Saksoniya federal əyalətinin Qrimma şəhəri yaxınlığında helikopter çaya düşüb.Reyting.az xarici KİV-lərə istinadla xəbər verir ki, helikopter saat 10:00-10:30 radələrində radarlardan itib.Yerli vaxtla saat 11:30 radələrində qayıqçılar polisə məlumat veriblər ki, suda helikopter qalıqları tapıblar.Mümkün tələfat və xəsarətlər barədə hələlik məlumat yoxdur. Hadisə yerində xilasedicilər işləyir.Qeyd edildiyi kimi, helikopter Almaniya Silahlı Qüvvələrinə (Bundesver) məxsusdur.Yanğınsöndürmə xidmətinin nümayəndəsi deyib ki, hadisə yerinə külli miqdarda kerosin sızıb, dağıntılar çayın mərkəzindədir və ona çatmaq çətindir.Hadisə yerində 50-yə yaxın xilasedici çalışır ki, onlar əvvəlcə kerosini toplamalı, sonra isə xilasetmə işlərinə başlamalıdırlar. ELÇİN
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.