“Nyukasl” “Çelsi”nin hücumçusu Nikolas Ceksonu transfer etmək istəyir.
İdmanxeber.az-ın məlumatına görə, Premyer Liqa təmsilçisi futbolçu üçün danışıqlara başlaya bilər. “Ağ-qaralar” “Leyptsiq”in futbolçusu Benjamin Şeşkonu ala bilməsə, diqqətini Ceksona yönəldəcək.
24 yaşlı futbolçunun “Çelsi” ilə hazırkı müqaviləsi 2033-cü ilin ortalarına qədərdir.