AZ

Tofiq Musayev "Qapqara"da kasıblığın dibini görüb - VİDEO

MMA döyüşçüsü Tofiq Musayev Baku TV-də yayımlanan "Qapqara" verilişinin qonağı olub.

İdman.biz xəbər verir ki, “kasıblığın dibini görmüşəm” deyən 35 yaşlı idmançı uğura gedən yolda yaşadıqlarından, UFC-nin Bakıda keçirilən turnirində uduzmasından, formada qalmaq üçün nə qədər vəsaitə ehtiyac olması və digər mövzulardan danışıb.

"Heç vaxt uduzmağım ilə barışan adam deyiləm" deyən Musayevin fikrincə, "Ədalətdən xəbəri olan insan hər şeyin düzünü danışmalıdır".

UFC döyüşçüsü müsahibə vaxtı “Kimsə deyə bilməz ki, Tofiq UFC-yə mənim sayəmdə gəlib çıxıb”, "Bir insanı tanımadan fikir bildirmərəm", "3 döyüşdə qan tökən adam mənə yumruq ata bilmədi", "Burada ölüm ola bilər, sadəcə çəki salma prosesində" və sair fikirlər bildirib.

İdman.biz

Məqalədə:
Seçilən
9
idman.biz

1Mənbələr