AZ

Cennifer Lopez Rusiyada konsert verməkdən imtina etdi

Dünyanın müxtəlif ölkələrində “Up All Night” turu çərçivəsində konsertlər verən dünya şöhrətli pop ulduzu Cennifer Lopez Rusiyada çıxış etməkdən imtina edib.

Bu barədə Bizim.Media “Mash” adlı Rusiyanın Telegram kanalına istinadla məlumat yayıb.

Bildirilir ki, təxminən üç ay əvvəl müğənni və onun menecmenti Moskva konserti üçün razılığa gəlmiş, ən azı 1 milyon dollar (təxminən 1,7 milyon manat) məbləğində qonorar müzakirə olunmuş, hətta avqust ayında konkret tarix də müəyyən edilmişdi. Lakin son anda tərəflər razılaşmanı pozublar.
 

Məlumata görə, rusiyalı təşkilatçılar Lopezə marağı onun Qazaxıstan, Özbəkistan və Ermənistandakı konsertlərinin fonunda göstərmişdilər. Konsert üçün “niyyət protokolu”nun imzalanması da planlaşdırılırdı. Ancaq Lopezin komandası məsələyə yenidən baxıb və Rusiyada konsertdən imtina etdiklərini bildiriblər.


Səbəb kimi isə Rusiya-Ukrayna müharibəsi fonunda Qərbdən gələcək tənqid və reputasiya riski göstərilib. Cennifer Lopezin komandası qeyd edib ki, Rusiyada konsert yalnız hərbi münaqişə başa çatdıqdan sonra mümkün ola bilər.

Bizim.Media

Seçilən
21
bizim.media

1Mənbələr