AZ

Banklar sənaye və istehsal sektoruna kredit qoyuluşlarını 10%-dən çox artırıb

Bakı. Trend:

Bu ilin iyulun 1-nə Azərbaycanda fəaliyyət göstərən banklar vəqeyri-banklar tərəfindən sənaye və istehsal sektoruna qoyulmuşkreditlərin həcmi 1,6 milyard manata çatıb.

Bu barədə Trend Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat əldəedib.

Məlumata görə, bu göstərici aylıq müqayisədə 24,6 milyon manatvə ya 1,5%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 154,9 milyonmanat və ya 10,3% çoxdur.

Qeyd edək ki, hesabat dövründə Azərbaycanda real sektora kreditqoyuluşu üzrə kredit portfeli 30,2 milyard manat, o cümlədən, vaxtıkeçmiş kreditlərin həcmi isə 527,4 milyon manat təşkil edib.

Bu da ümumi kredit portfeli üzrə aylıq müqayisədə 43 milyonmanat və ya 0,1%, 2024-cü ilin eyni dövründəki göstərici iləmüqayisədə isə 3,2 milyard manat və ya 12% artım deməkdir.

Eyni zamanda, vaxtı keçmiş kreditlərin həcmi isə aylıq ifadədə19,1 milyon manat və ya 3,8%, ötən ilin eyni dövrü ilə müqayisədəisə 75,7 milyon manat, yaxud 16,8% artıb.

Məqalədə:
Seçilən
7
2
az.trend.az

4Mənbələr