Həmədan Tibb Elmləri Universitetinin Təcili Tibbi Yardım Mərkəzinin rəhbəri Məhəmməd Rza Şokuhi bildirib ki, dünən şəhərdəki özəl hovuzlardan birində elektrik enerjisinin verilməsinin xəbərsiz kəsilməsi nəticəsində 15 yeniyetmə zəhərlənib.
Far.Az mehr-ə istinadən xəbər verir ki, məlumata görə, saat 19:30 radələrində baş verən hadisədən sonra zəhərlənən şəxslər dərhal Həmədandakı Sina və Ekbatan xəstəxanalarına yerləşdirilib. Onlardan 12-si ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb, 3 nəfər isə müalicəsini davam etdirmək üçün xəstəxanada saxlanılıb.
Rəsmi mənbələr zəhərlənmənin elektrik enerjisinin verilməsində yaranan fasilə nəticəsində hovuzun təmizləmə və havalandırma sisteminin dayanması ilə bağlı ola biləcəyini ehtimal edirlər