AZ

Fransa yaxın günlərdə Qəzzaya səmadan paraşütlə humanitar yardım atacaq

Bakı. Trend:

Fransa yaxın günlərdə Qəzza əhalisinin təxirəsalınmazehtiyaclarının ödənilməsi məqsədilə anklava səmadan paraşütləhumanitar yardım atmağa başlayacaq.

Trend-inməlumatına görə, bu barədə AFP diplomatik mənbələrə istinadən xəbərverir.

“Müəyyən olunmuş əməliyyatlar zamanı əhalinin təhlükəsizliyinitəmin etmək üçün bütün ehtiyat tədbirləri görüləcək”, – deyəagentlik mənbənin sözlərini sitat gətirib.

Eyni zamanda, mənbə qeyd edib ki, bu əməliyyatlar humanitaryüklərin çatdırılması üçün quru dəhlizlərinin açılması zərurətiniaradan qaldırmır.

“Fransa, eyni zamanda, quru yolu ilə çatdırılma üzərində dəişləyir. Bu, şübhəsiz, ehtiyac içində olan əhalini genişmiqyaslı vəmaneəsiz şəkildə humanitar yardımla təmin etmək üçün ən səmərəlihəll yoludur”, – deyə o əlavə edib.

Məqalədə:
Seçilən
9
az.trend.az

1Mənbələr