AZ

İsrail dünyaya çağırış etdi

İsrailin xarici işlər naziri Gideon Saar beynəlxalq təzyiqlərə meydan oxuyaraq, Qəzzaya hücumların davam edəcəyini və Fələstin dövləti yaradılmayacağını açıqlayıb. Saar bildirib ki, heç bir xarici qüvvə İsraili HƏMAS-ın Qəzzada qalmasına icazə verməməyə məcbur edə bilməz. O, xüsusilə Avropa ölkələrindən gələn təzyiqləri “təhrif edilmiş kampaniya” adlandırıb.

Bu barədə News24.az Cumhuriyet-ə istinadən xəbər verir. 

Nazir, iki dövlətli həll ideyasını da rədd edərək, bunun “HƏMAS dövləti” yaradılması demək olduğunu vurğulayıb. Saar Avropa hökumətlərini öz ölkələrindəki müsəlman əhali təzyiqi səbəbindən İsrailə qarşı siyasət yürütməkdə ittiham edib və Münhen sazişinə istinadla İsrailin 21-ci əsrin Çexoslovakiyası olmayacağını bildirib.

O, həmçinin təzyiqlərin atəşkəs və girov razılaşmasının mümkünlüyünü zərərli şəkildə sarsıtdığını, İsrailin öz maraqlarından güzəştə getməyəcəyini vurğulayıb. Saarın açıqlamaları İsrailin mövqeyində sərtlik və müharibənin davamlılığına dair qətiyyətli mesaj kimi qiymətləndirilir.

Xeyrənsə Piriyeva

Seçilən
31
news24.az

1Mənbələr