AZ

Rektorun elmi dərəcəsinin olmasının önəmi yoxdur — Sabiq deputat

Bir çox ölkələrdə universitet rektorları əksər hallarda yüksək elmi dərəcəsi olan şəxslərdən seçilir. Türkiyədə isə rektor təyin edilən şəxs mütləq professor elmi adına sahib olmalıdır. Ölkəmizdə isə belə bir məhdudiyyət yoxdur, hətta dosentlər də rektor seçilə bilir.

Milli Məclisin sabiq deputatı Etibar Əliyev Demokrat.az-a açıqlamasında deyib ki, universitet rektorlarının təyinatında elmi adların və dərəcələrin elə də önəmi yoxdur:

“Hətta, SSRİ vaxtında elmlər namizədi olan şəxslərin də rektor təyin edilməsinə rast gəlirdik. Məsələn, Pedaqoji Universitetdə Cəbrayıl Ələkbərov elmlər namizədi olub, Şövqi Ağayev elmlər namizədi olub. Badı Dövlət Universitetində ən yaxşı rektorlardan biri Mehdi Əliyev olub, elmlər namizədi idi. 

Düşünürəm ki, indiki vəziyyətdə cənab Prezident etimad göstərirsə, elmi dərəcəsindən asılı olmayaraq onlar etimadı dorultmalıdırlar. Gecə-gündüz çalışmalıdırlar ki, universitet inkişaf etsin”.


Cavidan Mirzəzadə
Demokrat.az
Seçilən
6
demokrat.az

1Mənbələr