AZ

Bağça müdiri 2300 manat rüşvət aldı Məhkəmə HÖKM OXUDU

ain.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

Ağdam rayonunda rüşvət almaqda təqsirləndirilən bağça müdirinə hökm oxunub.

Modern.az-ın əldə etdiyi məlumata görə, rayonun Dördyol-2 qəsəbə uşaq bağçasının müdiri Kəmalə Quliyeva tanışından 2300 manat rüşvət alaraq onu rəhbərlik etdiyi müəssisəyə ocaqçı vəzifəsinə götürəcəyini bildirib.

Ancaq ocaqçı vəzifəsinə başqa şəxs təyin edildiyi üçün bağça müdiri vədini yerinə yetirməyib. O, aldığı pulun 900 manatını qaytarıb, qalanını isə sonra qaytaracağına söz verib. Ancaq pulu qaytarmadığı üçün tanışı bağça müdirindən prokurorluğa şikayət edib.

Kəmalə Quliyeva məhkəmədə təqsirli olduğunu etiraf edib.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə o, Cinayət Məcəlləsinin 311.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və ona 3 il sınaq müddəti ilə şərti cəza verilib. Bağça müdiri barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
1
2
modern.az

4Mənbələr