AZ

"Barselona"nın qapıçısı əməliyyat olundu

BAKI, 29 iyul. TELEQRAF

İspaniyanın "Barselona" klubunun qapıçısı Mark-Andre ter Ştegen belindən əməliyyat edilib.

Teleqraf Kataloniya təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, prosedur Fransada olub.

"Barselona" 33 yaşlı futbolçunun bərpa müddəti barədə məlumat verməyib. İspaniya KİV-i almaniyalı oyunçunun 3-4 aylıq sıradan çıxdığını bildirir.

Qeyd edək ki, Mark-Andre ter Ştegen ötən mövsüm cəmi 8 oyunda iştirak edib.

Seçilən
6
teleqraf.com

1Mənbələr