AZ

Vyetnam nümayəndə heyəti “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub

Vyetnamdan olan nümayəndə heyəti “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.

Bu barədə Operativ Media-ya Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, qonaqlara “ASAN xidmət” mərkəzlərinin yaradılması, məqsədləri, xidmət növləri, həmçinin gələcək planlara dair geniş məlumat verilib.

Qonaqlar “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin, Səyyar “ASAN xidmət”in, “ABAD” publik hüquqi şəxsin fəaliyyəti ilə də yaxından tanış olublar.

“ASAN xidmət” mərkəzində yaradılmış şərait və iş prinsipi ilə tanış olan qonaqlar mərkəzə gələcək fəaliyyətində uğurlar arzulayıblar.

Seçilən
21
9
operativmedia.az

10Mənbələr