AZ

"ChatGPT" ilə söhbətləriniz məhkəmədə əleyhinizə istifadə edilə bilər - XƏBƏRDARLIQ

"ChatGPT" ilə etdiyiniz söhbətlər məhkəmədə dəlil kimi əleyhinizə istifadə edilə bilər.

Hakimiyyet.az xarici KİV-ə istinadla xəbər verir ki, bunu “OpenAI” CEO-su Sam Altman deyib. O, bildirib ki, "ChatGPT" ilə şəxsi söhbətlər hüquqi müdafiəyə malik deyil və məhkəmədə açıqlana bilər.

Altman bu məxfilik boşluğunu müsahibədə "böyük problem" adlandırıb.

Onun sözlərinə görə, terapevtlər, hüquqşünaslar və ya həkimlərlə söhbətlərə tətbiq edilən hüquqi imtiyazlar hazırda "ChatGPT" ilə söhbətlərə şamil edilmir.

Altman istifadəçilərə xəbərdarlıq edərək bildirib ki, ChatGPT ilə "ən həssas mövzular" haqqında danışsanız və sonra məhkəmə ilə üzləşsəniz, bu məlumatı verməyə məcbur ola bilərlər.

O, ChatGPT ilə paylaşılan informasiyaların hüquqi baxımdan qorunmasının vacibliyinə diqqət çəksə də, hələlik bu problemi həll edə bilmədiklərini söyləyib.

"Buna görə bəzən bəzi AI alətlərindən istifadə etməkdən qorxuram, çünki nə qədər şəxsi məlumat vermək istədiyimi bilmirəm, çünki kimin bu məlumatları əldə edəcəyini bilmirəm”.

Billurə Yunus

Seçilən
14
3
hakimiyyet.az

4Mənbələr