"Real" (Madrid) yarımmüdafiəçisi Mario Martini "Xetafe"yə icarəyə verdiyini açıqlayıb.


Rekord.az bu barədə "Kral klubu"nun mətbuat xidmətinə istinadən xəbər verir.


La Liqa kollektivləri arasındakı müqavilənin müddəti 2026-cı il iyunun 30-na kimi nəzərdə tutulub.


Ötən mövsüm 21 yaşlı Martin "Valyadolid"də icarə əsasında çıxış edib və La Liqada 30 matçda 1 məhsuldar ötürmə edib.