AZ

Joao Feliks rəsmən “Əl Nəsr”də

Qol.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubu Portuqaliya millisinin 25 yaşlı hücumçusu Joao Feliksin transferini rəsmən açıqlayıb.

QOL.az xəbər verir ki, bu haqda klubun X sosial şəbəkə hesabında məlumat verilib. Joao Feliks London “Çelsi”sindən transfer olunub.

Feliks keçidii ilə bağlı bildirib:

“Buradayam ki, sevinc bəxş edim. Gəlin birlikdə qələbə qazanaq”.

Beləliklə, Joao Feliks “Əl-Nəsr”də millidəki kapitanı Kriştiano Ronaldo ilə komanda yoldaşı olub. Transferin baş tutmasında Ronaldonun təsirinin çox olduğu haqda xəbərlər də yayılıb.

Mediada yayılan digər məlumata görə, transferin ilkin dəyəri 30 milyon avro olacaq, lakin bonuslarla birlikdə bu məbləğ 50 milyon avroya qədər arta bilər.

Feliks 2024-cü ilin yayında Madridin “Atletiko” klubundan “Çelsi”yə transfer olunmuşdu. O, ötən mövsümün ikinci yarısını icarə əsasında “Milan” klubunda keçirmişdi.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
21
5
qol.az

7Mənbələr