İspan müdafiəçi Lorenzo Aquado “Real” klubunu tərk edib.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə klubun rəsmi mətbuat xidməti məlumat yayıb.
22 yaşlı futbolçu “Real” akademiyasına 7 yaşında qoşulmuş və klub sistemində ümumilikdə 15 il çıxış edib. Lakin əsas komandanın heyətində cəmi üç oyunda şans qazanıb. Onun start heyətində meydana çıxdığı yeganə qarşılaşma 2024-cü ilin yanvarında “Deportiva Minera”ya qarşı keçirilmiş İspaniya Kuboku matçı olub. “Real” həmin oyunu 5:0 hesabı ilə qazanmışdı.
Aguado əsasən klubun B komandası – “Kastilya”nın şərəfini qoruyub. O, burada 36 matçda meydana çıxıb, 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Hazırda futbolçu karyerasını davam etdirmək üçün yeni klub axtarır.