Bu ilin I yarısında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) dövlət əmlakları ilə bağlı 2 212 yeni icarə müqaviləsi bağlayıb.
"Report" quruma istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 21,1 % çoxdur.
O cümlədən, yanvar-iyun aylarında qeyri-yaşayış sahələrinə dair 312, torpaq sahələrinə dair isə 1 900 müqavilə bağlanılıb. Bunlar isə 1 il əvvələ nisbətən müvafiq olaraq 1,3 % və 25,2 % çoxdur.
6 ay ərzində qeyri-yaşayış sahələrinin icarəsindən dövlət büdcəsinə 3,8 milyon manat, torpaq sahələrinin icarəsindən isə 18 milyon manat vəsait ödənilib. Bunlar isə illik müqayisədə müvafiq olaraq 15,5 % və 24,1 % çoxdur.
Beləliklə, hesabat dövründə dövlət əmlakının icarəsindən dövlət büdcəsinə daxilolmalar 21,9 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 23 % çoxdur.
İcarə daxilolmaları proqnozdan 30,3 % çox icra edilib.
Xatırladaq ki, bu il ƏMDX büdcəyə 46 milyon manat vəsait köçürməlidir. Beləliklə, 6 ay ərzində həmin məbləğin 47,6 %-i təmin olunub.