AZ

Aqrar Xidmətlər Agentliyi sahibkarlara müraciət edib - FOTOLAR

Beynəlxalq ticarət qaydalarına əsasən, ixrac olunan məhsullarla birlikdə istifadə edilən taxta altlıqlar, yeşiklər, barabanlar, paletlər və digər meşə materiallarından hazırlanmış qablaşdırma vasitələri İSPM 15 beynəlxalq standartına uyğun şəkildə zərərsizləşdirilməli və müvafiq nişanla (marka ilə) işarələnməlidir. SİA xəbər verir ki, bu, Kənd Təsərrüfatı Nazirliyinin (KTN) Aqrar Xidmətlər Agentliyinin sahibkarlara müraciətində bildirilir.

"İSPM 15 – məqsədi ixracatda istifadə edilən emal olunmamış ağac materialları vasitəsilə zərərli orqanizmlərin daşınmasının və yayılmasının qarşısını almaqdan ibarət olan beynəlxalq standartdır. Bu standarta əsasən, istifadə olunan taxta materiallar:

- qabıqsız və çürüksüz olmalıdır;
- mütləq şəkildə termiki və ya kimyəvi (fumiqasiya) üsullarla zərərsizləşdirilməlidir.

Hazırda ölkəmizdə İSPM 15 tələblərinə uyğun olaraq, həm yerində (fumiqantla), həm də stasionar məntəqələrdə termiki üsulla zərərsizləşdirmə işləri aparılır. “Fitosanitar nəzarəti haqqında” qanunun 23.3-cü maddəsinə və həmin qanunun tətbiq edilməsi barədə fərmana əsasən, karantin nəzarətində olan materialların zərərsizləşdirilməsini KTN həyata keçirir.

Karantin obyekti dedikdə, zərərli orqanizmlərin məskunlaşmasına (gizlənməsinə) və yayılmasına şərait yaradan, fitosanitar tədbirlərin aparılmasını tələb edən bitkilər və bitkiçilik məhsulları, onların saxlanma yerləri, qablaşdırma materialları, nəqliyyat vasitələri, torpaq və hər hansı digər orqanizm, obyekt və ya yük başa düşülür.

Bundan əlavə, Nazirlər Kabinetinin 260 nömrəli qərarının 2-ci bəndinə əsasən, bu sahədə zərərsizləşdirmə işləri yalnız nazirliyinin xüsusi təlimatlandırılmış və bu sahədə müvafiq səlahiyyət verilmiş fumiqasiya dəstəsi tərəfindən həyata keçirilir.
İxrac prosesində hüquqi və texniki problemlərin yaranmaması üçün sahibkarlara aşağıdakılar tövsiyə olunur:

- saxta möhür və markalardan istifadə etməmək;

- zərərsizləşdirmə üçün Agentliyə müraciət etmək.

Zərərsizləşdirmə işləri tamamlandıqdan sonra qablaşdırma vasitələri standartlara uyğun şəkildə markalanır və sahibkara akt təqdim olunur.

Agentlik sahibkarları diqqətli olmağa və yalnız rəsmi prosedurlara əməl etməyə çağırır", - deyə müraciətdə qeyd olunub.

Seçilən
41
11
sia.az

10Mənbələr