AZ

ABŞ nin Rusiya neftinə sanksiya planı dünya bazarını silkələyəcək

ain.az, Bakupost portalına istinadən məlumatı açıqlayır.

ABŞ Prezidenti Donald Trampın Rusiya neftinin alıcılarına 100%-lik rüsum tətbiq etməklə hədələməsi qiymətlərin artmasına səbəb ola bilər.

Bakupost.az xəbər verir ki, bu barədə "Reuters"in məlumatında qeyd olunub.

Beynəlxalq Enerji Agentliyinin məlumatına görə, Rusiya gündəlik təxminən 4,68 milyon barrel neft ixrac edir ki, bu da dünya tələbatının 4,5%-ni təşkil edir. Rusiya neftinin əsas alıcıları Hindistan və Çindir. Hazırda Hindistan ABŞ ilə danışıqlar aparır, Çin isə Moskva ilə əlaqələri strateji əhəmiyyətli saydığından mövqeyini dəyişmək niyyətində deyil.

Lakin Hindistanın idxalı azaltması halında Rusiya əlavə maliyyə itkiləri ilə üzləşə bilər, çünki Çin bu vəziyyətdən istifadə edərək nefti daha əlverişli şərtlərlə almağa çalışacaq.

Ekspertlərin fikrincə, yeni rüsumların dünya neft bazarına mümkün təsirinin miqyasını dəqiq qiymətləndirmək çətindir

Xatırladaq ki, Donald Tramp Rusiya ilə Ukrayna arasında razılaşmaya gəlmək üçün verdiyi 50 günlük müddəti 10-12 günə endirib.

Aysel,

BakuPost

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
17
www.bakupost.az

1Mənbələr