AZ

Rusiyalı qadını müalicə üçün Bakıya gətirən 68 yaşlı "professor" həbs edildi

Özünü Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsinin polkovnik-leytenantı, həkim-cərrahı, tibb elmləri doktoru, professor kimi təqdim edən 68 yaşlı şəxs həbs edilib. 

1957-ci ildə Ermənistan Respublikasında anadan olmuş Теlman Allahverdiyevin Cinayət Məcəlləsinin 140.1, 310 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmədə baxılıb. 

Məlum olub ki, Теlman Allahverdiyev özünü həkim kimi təqdim edərək İlkham Damırov adlı şəxsin 5700 dollarını mənimsəməkdə ittiham edilib. Belə ki, zərərkəmiş şəxs Rusiya Federasiyasında yaşayan keçmiş arvadı Polinanın spid xəstəliyinin müalicə edilməsi ilə bağlı Bakıda həkim axtarıb. İlkham Damırov keçmiş arvadını özünü polkovnik-leytenant, həkim-cərrah, tibb elmləri doktoru, professor kimi təqdim edən Теlman Allahverdiyevin qəbuluna gətirib. 


Rusiyadan Bakıya gələn xəstənin müalicəsi üçün Теlman Allahverdiyev zərərçəkmişdən ümumilikdə 5700 dollar pulunu alaraq mənimsəyib. Müalicə etdiyi qadın səhhəti isə daha da ağırlaşmağa başlayıb və o, təcili Rusiyaya qaytarılıb. 


Zərərçəkmiş şəxs araşdırma aparanda başa düşüb ki, dələduzluğa məruz qalıb. Məlum olub ki, təqsirləndirilən şəxs sovet dövründə Ermənistanda yarımçıq tibb təhsili alıb və heç bu sahədə diplomu yoxdur. 


Məhkəmənin qərarı ilə Теlman Allahverdiyev barəsində 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib. 


Seçilən
27
4
referans.az

6Mənbələr