Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Sabah” – “Petrokub” matçının oyun öncəsi mətbuat konfransı və açıq məşqin vaxtı müəyyənləşib.
Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Baş məşqçi Valdas Dambrauskasın mətbuat konfransı iyulun 30-da saat 17:30-da, ilk 15 dəqiqəsi media üçün açıq olacaq məşqi isə saat 18:00-da Şüvəlanda, “Sabah” Futbol Mərkəzində baş tutacaq.
“Sabah” ilk oyunda “Petrokub”u 2:0 hesabıyla məğlub edib. Cavab görüşü iyulun 31-də Masazırda olacaq.