AZ

“Rakurs” rüblük bülleteninin növbəti nömrəsi çapdan çıxıb

Bakı, 29 iyul, AZƏRTAC

“Rakurs” rüblük bülleteninin növbəti nömrəsi işıq üzü görüb. Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) bu ilin yanvar-iyun aylarında icra etdiyi işlərin hesabatının yer aldığı rüblük informasiya bülleteninin bu nömrəsində festival və müsabiqələrdən, yubileyi olan və dünyasını dəyişmiş sənətkarladan, eyni zamanda ölkəmizdə kino sahəsində görülən işlərdən bəhs olunur.

AKİ-dən AZƏRTAC-a bildirilib rüblük informasiya bülletenində Azərbaycan Respublikasının Nazirlər kabinetinin kino ilə bağlı sərəncamı, eləcə də 1997-ci ildə qəbul olunmuş kinematoqrafiya sahəsinə aid olan 38 nömrəli qərarda dəyişiklik edilməsinə də yer verilib.

Həmçinin bülletendə AKİ-nin maliyyə dəstə ilə təkrar nəşr olunan “Fotokompozisiya” kitabının təkrar nəşri, Azərbaycan filmlərinin 98-ci Oskar mükafatına təqdimat komissiyasının start verməsi, “Azərbaycan kinooperatorları” kitabının çapdan çıxması, Bakıda Animasiya evinin rəsmi açılış mərasimin keçirilməsindən də bəhs olunur.

Xatırladaq ki, bülletenin nəşrində əsas məqsəd Azərbaycan Kinematoqrafçılar İttifaqının gördüyü işlərlə bağlı ictimaiyyət və dövlət qarşısında hesabat xarakteri daşımaqla yanaşı, ölkədə gedən kino proseslərinin salnaməsini yaratmaqdan ibarətdir.

“Bülletenin budəfəki sayının üz qabığında rejissor Emin Əfəndiyevin “Tənha insanın monoloqu” bədii filmindən olan kadrdan istifadə olunub.

İnformasiya bülleteninin nəşrə məsulu, AKİ-nin katibi, rejissor Əli İsa Cabbarov, tərtibatçısı Ramil Ələkbərov, redaktoru Aygün Aslanlıdır.

 

Seçilən
6
1
azertag.az

3Mənbələr