AZ

Qarabağ qazisi olan  jurnalistlər Demirören Xəbər Agentliyini (DHA) ziyarət etdi -FOTOLAR

Qarabağ müharibəsində iştirakçısı olan  bir qrup azərbaycanlı jurnalist Türkiyənin aparıcı media qurumlarından biri olan Demirören Xəbər Agentliyini (DHA) ziyarət edib.

Ulusal.az xəbər verir ki, jurnalistləri Media-İş Həmkarlar İttifaqı sədr müavinləri Cemal Sonsay və Dilek Atçeken qəbul ediblər.Daha sonra  Azərbaycandan qardaş ölkəyə səfər edən Azərbaycan Mətbuat Şurasın İdarə heyətinin üzvü, Qarabağ qazisi Bəhruz  Məmmədzadə, “Modern.az” saytının baş redaktoru Elşad Eyvazlı , qazi jurnalistlər Daşqın Əzizov, İlham Ağayev, Mail Əsgərov, Məğrur Əliyev, Rəşad Bəxşəliyev, Rəşad Rəşidov, Rza Bəbirov və Yelmar Məmmədlini  DHA-nın baş direktoru Cemal Coşkun qəbul edib.

Görüş zamanı media sahəsində təcrübə mübadiləsi aparılıb, Azərbaycan və Türkiyə mediası arasında əməkdaşlıq və həmrəyliyin gücləndirilməsi məsələləri müzakirə olunub. Cemal Coşkun agentliyin fəaliyyəti, xəbərçilik prinsipləri və rəqəmsal mediada rolu barədə məlumat verib.

Səfər qarşılıqlı hədiyyələrin təqdim olunması və xatirə fotosunun çəkilməsi ilə yekunlaşıb.

image-1 image-2

Seçilən
28
6
moderator.az

7Mənbələr