AZ

Yenilənmiş ultimatum: Trampın xəbərdarlığının arxasında nə dayanır?

ain.az, Ayna portalına istinadən məlumatı açıqlayır.

Vadim Denisenko: “Bu aysberqin sualtı hissəsində nə olduğunu yalnız təxmin etmək olar”

“ABŞ Prezidenti Donald Tramp Rusiya diktatoru Vladimir Putinlə aylarla şəxsi təmaslardan sonra Ukraynada sülh razılaşması üçün Rusiyaya verdiyi vaxtı qəfildən qısaldıb. İndi zaman əlli deyil, on-on iki gündür. Amerika mediasının yazdığı kimi, ABŞ Prezidentinin sözləri dərin məyus olduğundan xəbər verir. Bəs bu xəbərdarlıqların ardınca əməllər olacaqmı? Və hansı addımlar olacaq?”.

Bu sözləri ukraynalı politoloq Vadim Denisenko yazdığı analitik məqalədə qeyd edib.

Ekspertin sözlərinə görə, vəziyyəti anlamaq üçün böyük analitik olmaq lazım deyil: “Yeni ultimatumun katalizatoru ABŞ-Avropa İttifaqı razılaşması oldu. Amma bir daha deyirəm - bu, yalnız müəyyən proseslər üçün katalizatordur. Görünür, Donald Tramp Aİ ilə razılaşma müddətini əvvəl Rusiyaya verdiyi əlli gün içində olacağını düşünübmüş. Amma sazişin tez imzalanması digər prosesləri sürətləndirir”.

“Bu aysberqin sualtı hissəsində nə olduğunu yalnız təxmin etmək olar. Ancaq gəlin ABŞ Prezidentinin bundan sonrakı hərəkətləri ilə bağlı hətta versiyalar deyil, fərziyyələr irəli sürməyə çalışaq. Birincisi, mən Donald Trampın Baltik dənizində gəmiçiliklə bağlı vəziyyəti gərginləşdirmək üçün hər hansı kəskin hərəkətinə inanmıram. Rusiya tankerlərinin artıq avqust ayında kütləvi şəkildə saxlanılması ehtimalı cüzidir. Həm də sabah heç kim senator Lidsi Qremin Rusiyaya qarşı “cəhənnəm sanksiyaları” deyilən qanununu qəbul etməyəcək. Aİ ilə razılaşmalar Trampın əl-qolunu açıb: Avropa ABŞ-dan sonra hərəkətə keçəcək və Çinlə gələcək danışıqlar əksər hallarda Aİ və ABŞ-ın birgə mövqeyini nəzərdə tutur. Xatırladaq ki, Çin üçün ABŞ bazarı qədər Aİ bazarı da önəmlidir”, - Denisekno bildirib.

Üçüncüsünə gəlincə, politoloq yazıb ki, indi iki mümkün ssenari var: “Birinci ssenari odur ki,  Tramp Çinlə danışıqları sürətləndirməyə çalışacaq və mümkün qədər tez bəzi razılaşmalara nail olmağa çalışacaq. Sonra o həqiqətən də Çinin Yaponiya üzərində qələbəsinin bayram tədbirinə gedə bilər. Hələlik bu seçim o qədər də real görünmür. Baxmayaraq ki, nə Çin, nə də ABŞ ticarət eskalasiyasını və ya daha çox hərbi əməliyyatları istəmir. Belə olan halda, həqiqətən də, ən qısa müddətdə Çin hərbi əməliyyatları dayandırmaq üçün Rusiyaya təzyiq göstərməyə başlayacaq və ABŞ Ukraynanı sərt kompromislərə getməyə məcbur edəcək. Nə cür? Xəyal qura bilərsiniz. Baxmayaraq ki, bütün variantlar artıq məlumdur. İkinci variant - yaxın bir neçə həftə ərzində Tramp ABŞ, Hindistan və Fars körfəzi ölkələri arasında Rusiya neftinin dəyişdirilməsi ilə bağlı hansısa saziş imzalayacaq. Bundan sonra o Çinlə danışıqlara başlayacaq”.

“Hər halda gözləməyə çox vaxt qalmayıb. Oyun daha çətin olacaq. Mən ancaq təkrar edə bilərəm: dünyanın qaçılmaz ikinci qütbü olan Çinlə münasibətləri düzəltməliyik”, - deyə Denisenko fikrini tamamlayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
8
1
ayna.az

2Mənbələr