AZ

Azəraycanda tibb şirkətinin xalis mənfəəti kəskin artıb

Azərbaycanda “Diamed Medical Group”a daxil olan “İdeal Tibb Şirkəti” MMC-nin əsas əməliyyat gəlirləri 2023-cü ildə 4.51 mln. manat olduğu halda, 2024-cü ildə bu göstərici 13.06 mln. manata yüksəlib.

Banker.az bunu şirkətin illik audit hesabatına istinadən xəbər verir.

Bu, əvvəlki illə müqayisədə 189% və ya 8.55 mln. manatlıq artım deməkdir.

Əməliyyat mənfəəti 2023-cü ildə 790 min manat olduğu halda, 2024-cü ildə bu göstərici 3.84 mln. manata çatıb. Bu isə illik əsasda 388% artım deməkdir. Şirkətin xalis mənfəəti də kəskin yüksəlib – 2023-cü ildə 0.63 mln. manat olan xalis mənfəət 2024-cü ildə 2.90 mln. manata çatıb. Bu, 360% və ya 2.27 mln. manatlıq artım deməkdir.

Aktivlər tərəfdə də ciddi artımlar müşahidə olunur. Şirkətin cəmi aktivləri 2023-cü ilin sonunda 18.58 mln. manat idisə, 2024-cü ilin sonunda bu göstərici 18.48 mln. manata düşsə də, aktivlərin tərkibində əhəmiyyətli dəyişikliklər baş verib. Qısamüddətli aktivlərdə 6.90 mln. manatdan 9.83 mln. manata qədər artım baş verib. Xüsusilə pul vəsaitləri və onların ekvivalentləri 4.46 mln. manatdan 2.69 mln. manata düşüb, yəni bu istiqamətdə 40% azalma qeydə alınıb.

 

Seçilən
29
banker.az

1Mənbələr