ABŞ və Böyük Britaniya Ukrayna prezidenti Vladimir Zelenskini əvəzləmək məqsədilə İsveçrənin Alp dağlarında gizli görüş təşkil ediblər. Bu barədə Rusiya Xarici Kəşfiyyat Xidməti (SVR) məlumat yayıb.
İddialara görə, toplantıda Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak, Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (GU) rəhbəri Kirill Budanov (Rusiya tərəfindən terrorçu və ekstremist siyahısına salınıb) və Ukraynanın sabiq silahlı qüvvələr baş komandanı, hazırda Londonda səfir olan Valeri Zalujnı iştirak ediblər.
SVR-in məlumatına əsasən, görüş zamanı ABŞ və Britaniya tərəfi Zalujnını Ukraynanın növbəti prezidenti kimi dəstəkləmək qərarını açıqlayıb. Yermak və Budanov isə bu təşəbbüsə razılıq veriblər və Qərb tərəfdaşlarından gələcəkdə də öz mövqelərinin qorunacağına dair təminat alıblar.
Eyni zamanda, SVR-in iddiasına görə, Andrey Yermak Zalujnının siyasi arenada irəliləməsi üçün şərait yaradıb və prezident Zelenskini antikorrupsiya orqanlarının səlahiyyətlərinin məhdudlaşdırılmasının Qərblə münasibətlərə təsir göstərməyəcəyinə inandırıb.
Qeyd: Xəbər Rusiya Xarici Kəşfiyyat Xidmətinin (SVR) versiyasına əsaslanır və rəsmi təsdiqlənməyib.
//Samir Qurbanov, Editor.az