AZ

Rumıniyada dağıdıcı daşqınlar: Ölənlər var

Oxu.az saytından alınan məlumata görə, ain.az bildirir.

Rumıniyada güclü daşqınlar nəticəsində yeddi nəfər ölüb.

Oxu.Az-ın "Agerpres" agentliyinə istinadən verdiyi xəbərə görə, təbii fəlakət infrastruktura və yaşayış binalarına xeyli ziyan vurub.

Ən çox zərər çəkən rayonlar Suçava və Nyamts olub. Suçavada daşqın nəticəsində üç nəfər ölüb, itkin düşənlər var. Nyamtsda 290-dan çox ev su altında qalıb, 890-dan çox sakin təxliyə edilib.

Ümumilikdə, leysan yağışları və çayların daşması səbəbindən bu ərazilərdə 470-dən çox təsərrüfat su altında qalıb. Xilasedicilər yerüstü nəqliyyat və helikopterlərdən istifadə etməklə 200-dən çox insanı təxliyə ediblər.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
30
1
oxu.az

2Mənbələr