AZ

Tualetə qara ilan girdi: Təbii mühitə buraxıldı

Tuncelinin İnönü məhəlləsində yerləşən bir müəssisənin tualetində ilan görən əməkdaşlar dərhal bu barədə Tunceli Doğanın Mühafizəsi və Milli Parklar Şöbəsinə məlumat veriblər.

Sherg.az xəbər verir ki, əraziyə gələn qrupdan təbiəti mühafizə işçisi Murat Özel, qara ilanı xüsusi çubuqla tualetdə tutaraq zərər vermədən çıxarıb.

Tutan ilanın qara ilan (karayılan) olduğu müəyyən edilib. Daha sonra o, təhlükəsiz şəkildə təbii yaşayış mühitinə buraxılıb.
Seçilən
14
1
sherg.az

2Mənbələr