AZ

Almaniyada helikopter qəzaya uğrayıb



Almaniyanın Saksoniya əyalətinin Qrimma şəhəri yaxınlığında alman ordusuna aid olduğu iddia edilən helikopterin qəzaya uğradığı bildirilir.
Alman mətbuatında çıxan xəbərlərə görə, Mulde çayında qəzaya uğrayan helikopterin hissələri tapılıb.

Məlumatlarda bildirilir ki, hadisə yerinə axtarış-xilasetmə qrupları göndərilib, qalıqların çıxarılması istiqamətində iş aparılır, itkin düşmüş heyətin axtarışı davam edir.

Hadisə yerinə böyük miqdarda yanacaq sızdığı, qalıqların çayın ortasında, çətin əldə edilən yerdə tapıldığı bildirilir.

Almaniyanın DPA xəbər agentliyi Leypsiq polisinə istinadən qəzaya uğrayan helikopterin Almaniya ordusuna aid olduğunu və hadisə yerində hərbi təcrid zonasının yaradıldığını bildirib.

aia.az
Tərcümə şöbəsi



Seçilən
5
1
aia.az

2Mənbələr